XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 13:45

Tramp görüşdən sonra Putin haqqındabunları dedi

"Düşünürəm ki, görüşümüz hər kəs üçün pozitiv nəticələr verəcək”.
 
Lent.az-ın CNN.com-a istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra deyib.
 
D.Tramp bildirib ki, görüş çox yaxşı keçib və çox məsələlər müzakirə edilib: “Söhbətimiz çox yaxşı keçdi. Bu görüşümüzdən sonra Rusiya, ABŞ və müzakirə etdiyimiz məsələlərlə bağlılığı olan hər kəs üçün  pozitiv şeylərin olacağını gözləyirik”.

Tramp daha sonra Putinə “Səninlə əməkdaşlıq etmək şərəfdir” deyib.
Vladimir Putin isə görüşün çox uzun davam etdiyinə diqqət çəkərək Trampla üzbəüz görüşdən məmnun olduğunu dilə gətirib: “ Sizinlə telefon vasitəsilə bir çox mühüm məsələləri müzakirə etmişik, ancaq telefonla danışıq kifayət etmir".
 
Putin bildirib ki, görüşdə Ukrayna, Suriya, bu kimi digər problem və ikitərəfli əlaqələr müzakirə edilib: "Hesab edirəm ki, görüşümüz yaxşı nəticələr verəcək”.
 
Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib. Görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranları müzakirə olunub.