XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 14:08

Putin:"Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub"

Hamburqda davam edən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Trend-in məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələri üzrə danışıqlar aparılıb.

V.Putin Türkiyə rəhbərliyinin terrora qarşı mübarizədə səylərini yüksək qiymətləndirib.

Rusiya prezidenti bildirib ki, R.T.Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub.

Görüş geniş formatda keçirilib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər.