XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 14:26

G20 liderlərindən terrorizm əleyhinəbirgə bəyanat

G20 ölkləri Hamburqda keçirilən sammitdə terrorizm əleyhinə birgə bəyanat qəbul ediblər.

Bəyanatda beynəlxalq terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırılıb. Və bu təşkilatların sırasında İŞİD və "Əl-Qaidə" xüsusi qeyd olunub.

"Terrorizm beynəlxalq maliyyə sistemi üçün qəbuledilməzdir. Buna qarşı mübarizədə qətiyyətli olduğumuzu bəyan edirik", – deyə bəyanat müəllifləri bildirib.

G20 liderləri ölkələrinin sərhəd xidmətləri arasında əməkdaşlığı gücləndirəcəklərini, hava limanlarının təhlükəsizliyinə xüsusi diqqət ayıracaqlarını da qeyd ediblər. 

Bununla yanaşı, internetdə terrorizmə qarşı mübarizə çərçivəsində provayderlərlə əməkdaşlığın gücləndiriləcəyi bildirilib(azadliq.info).