XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 15:36

Monqolustanda prezident seçkilərindərəssam və keçmiş cüdoçu qalib gəlib

Monqolustanda prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, ilkin hesablamalara əsasən, Battulqa səslərin 50,6 faizini toplayıb. Seçki komissiyaları hələ də səslərin sayılmasına tam yekun vurulmasını gözləyirlər.

Seçkilərin ikinci turunda səsvermə planlaşdırılan vaxtdan iki gün tez keçirilib. İlk turda prezident postuna üç namizədin heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün ölkədə seçkilərin ikinci turu keçirilib. Səsvermədə seçicilərin 60,9 faizi iştirak edib.

Monqolustanda prezident seçkiləri yeddinci dəfədir keçirilir(azərtac).