XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 16:04

Putinin maaşı azaldıldı – 10 faiz

putin gul.jpg

Rusiya prezidenti Vladimir Putin özünün, baş nazirin, baş prokurorun və istintaq komitəsi sədrinin əmək haqlarının daha 1 il ərzində 10 faiz həcmində ixtisar olunması barədə sərəncam imzalayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Prezident Administrasiyası, Nazirlər Kabineti və dövlət qulluqçularının da aylııq əmək haqlarının 10 faiz səviyyəsində ixtisar olunması barədə sərəncamı 1 illiyinə uzadıb.

Vladimir Putin 2014-cü ilin aprelində öz maaşını 2,6 dəfə artıraraq ayda 10,7 min dollara (713 min rubl), baş nazir Dmitri Medvedevin maaşını isə 8,5 min dollara (570 min rubl) qaldırmışdı.

2015-ci ilin martında isə aylıq əmək haqqının 10 faiz kəsilməsi barədə qərar vermişdi.

Putinin 2014-cü il üzrə gəlir bəyannaməsi onun 7,6 milyon rubl, yaxud 114,3 min dollar gəlir əldə etdiyini göstərib.