XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 20:42

Rusiyada qumbara partlayıb:bir yeniyetmə ölüb, ikisi yaralanıb

Rusiyanın Kaluqa vilayətinin Jizdr şəhərinin Lyudinov rayonunda qumbaranın partlaması nəticəsində bir yeniyetmə ölüb, ikisi yaralanıb.

“Report” xəbər verir ki, bu haqda regional İstintaq İdarəsindən TASS-a bildirilib.

“13 yaşlı yeniyetmə qohumlarının sarayından qumbara tapıb. Öz yaşıdlarını qorxutmaq istəyib. Qumbara ilə ehtiyatsız davrandığı üçün özü ölüb, 10 və 14 yaşlı daha iki yeniyetmə isə yaralanıb”, – deyə məlumatda bildirilib.

Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi Kaluqa vilayəti İdarəsində cinayət işi açılıb.

İnformasiyaya əsasən, 65 yaşlı kişi bildirib ki, partlayıcını illər əvvəl tapıb və sarayda gizlədib. Həmin ünvanda uzun müddətdir yaşamadığından qumbaranın olduğunu da unudub.

Hadisə ilə bağlı araşdırma davam edir.