XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 21:11

Putin:"Televizordakı Tramp real həyatdakından fərqlənir"

"ABŞ prezidenti Donald Tramp ilə şəxsi münasibətləri müəyyən edilmiş saymaq olar".

Bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunu üzrə keçirdiyi mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, "televizordakı Tramp real həyatdakından fərqlənir. O, həmsöhbətini adekvat şəkildə qəbul edir, informasiyanı tez təhlil edir və qoyulmuş suallara cavab verir".

Bundan əlavə, Putin bildirib ki, Trampla kibertəhlükəsizlik və müdaxilə etməmə üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə edib. Eyni zamanda prezident qeyd edib ki, bu sahədə birgə iş hər hansı bir spekulyaasiyanın qarşısını almağa kömək edəcək/Report.