XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 21:57

Son 10 ildə Londonda mənzil kirayəsi45% bahalaşıb

Böyük Britaniyanın paytaxtı Londonda yaşayanlar aylıq əmək haqlarının orta hesabla 42,2%-ni mənzil kirayəsinə verirlər.

“Report” rus mətbuatına istinadən xəbər verir ki, bu qənaətə “Hometrack” şirkətinin analitikləri gəlib.

Onların araşdırmasına görə, ölkənin digər regionlarında bu nisbət 32-37%-dir.

“Daily Mail” nəşri isə yazır ki, hazırda Londonda kirayəyə ev tutmaq üçün ayda təxminən 1 600 funt sterlinq ödəmək lazımdır. Bu, 10 il əvvəllə müqayisədə 45% çoxdur. Halbuki, bu müddətdə ölkənin şimal-şəqrində kirayə qiymətləri 4%, şimal-qərbində isə 7% azalıb.

Analitiklər hesab edir ki, Londonda mənzil kirayəsinin bahalaşması bu şəhərdə iş yerlərinin sayının artması ilə bağlıdır. Son 7 ildə Britaniya paytaxtında məşğul əhalinin sayı 12,5% artıb. Ölkənin digər yerlərində qiymətlərin aşağı olması isə paytaxtdankənarda yaşayanların gəlirinin nisbətən az olması ilə izah olunur.

Bununla belə, eksperlər bu il Londonda mənzil kirayəsinin 1-2% ucuzlaşacağını proqnozlaşdırırlar. Onların fikrincə, əvəzində paytaxtın ətrafında qiymətlər 2-3% artacaq. Çünki, yüksək qiymətlər səbəbindən şəhərdə kirayədə qalmaq istəyənlərin sayı azalmaqdadır.