XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 22:16

Peskov:"Putin və Ərdoğan "Türk axını" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edib"

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Hamburqda keçirilən G20 sammitində "Türk axını" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Türk axını" layihəsinin həyata keçirilməsi, "Akkuyu" atom elektrik stansiyasının inşası üzrə müzakirələr aparılıb, Suriya üzrə üzbəüz danışıqlar keçirilib", – D.Peskov vurğulayıb.

O, həmçinin iki ölkə prezidenti arasındakı əlaqəni intensiv adlandırıb.