XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 11:14

Çin Şimali Koreya ilə hərbi əlaqələrisıfıra endirib

Çin Şimali Koreya ilə hərbi xətt üzrə əlaqələri sıfıra endirib.

"Report" xəbər verir ki, bu barədə "Asia Channel News" telekanalına müsahibəsində Çinin Müdafiə Nazirliyinin Təhlükəsizlik Məsələləri üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Çjou Bo məlumat verib.

"Xeyr, hazırda bizim KXDR ilə hərbi sahədə heç bir əlaqəmiz yoxdur. Həqiqətən də keçmişdə bizim çox əlaqə və mübadilələrimiz var idi. Amma indi bütün təmaslar sıfıra endirilib. Düşünürəm ki, bu, ikitərəfli münasibətlərdə səbəbi hamıya məlum olan ümumi dəyişiklikləri özündə əks etdirir", – deyə o bildirib.
Çjou Bonun sözlərinə görə, Çin BMT qətnamələrinə riayət edilməsinin vacibliyi problemi ilə bağlı beynəlxalq birliklə həmrəydir.

Bunda əvvəl ABŞ Dövlət Departamenti Çini KXDR-ya daha çox təzyiq göstərməyə çağırıb.