XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 12:14

Polşada İkinci Dünya müharibəsi dövrünə aidbomba tapılıb

Polşada Belostok və Qmin yaxınlığında aparılan tikinti zamanı İkinci Dünya müharibəsi dövrünə aid təxminən 500 kiloqram ağırlığında bomba tapılıb. Ölkənin hökumət orqanları ərazidə 10 minədək adamı təxliyə etməyə başlayıb.

Azərtac “RİA Novosti”yə istinadla xəbər verir ki, Polşa Prezidenti mətbuat konfransında bomba ilə bağlı təhlükənin olmadığını bildirsə də, onun qaldırılması və çıxarılması zamanı təhlükə yarana biləcəyini etiraf edib.

Hazırda ərazidə bütün küçələr bağlanıb, bomba aparılarkən adamların harada saxlanacağı yerlər müəyyənləşdirilib. Bombanı kranla qaldıracaq, Ojişə aparıb, poliqonda zərərsizləşdirəcəklər.