XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 09:26

ABŞ prezidenti ilə bağlı daha bir qalmaqal:Trampın oğlu Rusiyalı vəkillə niyə gizli görüşüb?

 ABŞ prezidenti Donald Trampın oğlu ötən il Hillari Klintonun nufuzuna xələl gətirəcək informasiya vədi verən Kremlə bağlı rus vəkili ilə görüşməyə razılıq verib.

Bu barədə “New York Times” xəbər verib. Donald Trampın oğlu  bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb. Amma bu "mənasız informasiya" barədə xanım Klinton məlumatlandırılıb. Görüşdə həmçinin prezidentin kürəkəni Kuşner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort da iştirak ediblər.

ABŞ rəsmiləri Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarını araşdırırlar. Federal Təhqiqatlar Bürosu və Konqres Tramp kampaniyasının "Kreml təxribatı" ilə işbirliyi edib-etmədiyini araşdırır, hələlik hansısa sövdələşmə faktı əldə edilməyib.

Xanım Veselnitskaya ilə görüş 9 iyul 2016-cı ildə, Tramp Respublika partiyasının namizədi seçildikdən iki həftə sonra Nyu -York şəhərindəki Tramp Qülləsində keçirilib. Rusiya vətəndaşı ilə bu görüşün dar dairədə keçirildiyi güman edilir.

New York Times” qəzeti bu barədə ilk dəfə şənbə günü yazıb. Həmin vaxt  Trampın oğlu və xanım Veselnitskaya görüşdüklərini, amma seçkiləri müzakirə etmədiklərini bildiriblər. Bazar günü isə New York Times qəzeti yazıb ki, Trampın oğlu Demokratların namizədi xanım Klinton barəsində önəmli informasiya vəd edildikdən sonra o, görüşə razılıq verib. Qəzet bu məlumatı Ağ Evin üç məsləhətçisi və daha iki məlumatlı şəxsdən aldığını yazır. Trampın oğlu bazar günü verdiyi bəyanatında deyib ki, bir tanışı ondan "kampaniyaya faydalı ola biləcək məlumatı olan bir şəxslə" görüşməyi istəyib.

"İclasdan əvvəl mənə onun adı deməyiblər. Xoş sözlərdən sonra qadın bildirdi ki, onda Demokratik Milli Komitəsini maliyyələşdirən və xanım Klintonu dəstəkləyən Rusiyaya bağlı olan fiziki şəxslər barədə məlumatlar var. Onun bəyanatları dumanlı, birmənalı və önəmsiz idi. Heç bir təfərrüat və ya dəstəkləyici məlumat verilmədi. Həmin vaxt aydın oldu ki, onda heç bir mənalı informasiya yoxdur," – deyə o əlavə edib. (BBC)