XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2017 - 09:35

Tramp Putinlə görüşdən sonra qərarından vaz keçdi –“Bizim müzakirələr bu anlama gəlmir”

ABŞ prezidenti Donald Tramp Rusiya ilə müştərək kibernetik təhlükəsizlik bölməsinin yaradılması üçün öz planından vaz keçib.

ABŞ prezidenti Donald Tramp bazar günü deyib ki Rusiya prezidenti Vladimir Putin ilə Hamburqda G-20 qrupunun iclasının kənarındakı görüşündə onlar müştərək kibernetik təhlükəsizlik bölməsinin yaradılmasını müzakirə ediblər.

Respublikaçı senatorlar Lindsey Graham və Marko Robio Trampın bu çıxışından sonra onu sərt tənqid ediblər.

Donald Tramp bazar günü bildirib ki, onun Putin ilə müzakirələri müştərək kibernetik təhlükəsizlik bölməsinin yaradılması anlamına gəlməz.