İsveçrənin UBS Bankı dünyada ərzaq məhsullarının ən ucuz olduğu paytaxt şəhərini müəyyən edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı insanların ən çox istifadə etdiyi 39 məhsulun qiyməti öyrənilib. Siyahıya – çörək, düyü, süd, tərəvəzlər, içkilər, ət, balıq və s. məhsullar daxil edilib.
71 ölkə üzrə aparılan araşdırma zamanı bəlli olub ki, bu məhsulların ən uçuz olduğu paytaxt şəhəri Kiyevdir. Eyni məhsulların daxil olduğu ərzaq səbətinə Kiyevdə 166, Buxarestdə 248, Praqada 251, Varşavada 253, Moskvada 336 dollar xərcləmək lazım gəlir.
Ən bahalı paytaxtlar isə Sürix (738 dollar), Seul, Nyu-York, Cenevrə, Tokio, London, Sidney və Oslodur.