XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 10:41

Almaniya Türkiyədəki hərbçilərini çıxarmağa başlayıb –Alman əsgərləri İncirilik bazasını tərk edir

Almaniya Ankara ilə yaşadığı anlaşılmazlıqdan sonra bazar günü Adanadakı İncirlik bazasından əsgərlərini geri çəkməyə başlayıb.

Türkiyə, alman millət vəkillərindən ibarət nümayəndə heyətinə İncirlikdəki hərbi bazanı ziyarət etməyə icazə vermədikdən sonra Almaniya bu qərarı verib.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü “Reuters” agentliyinə verdiyi açıqlamada havada yanacaq təminatı aparan təyyarənin İncirlik bazasından geri çəkildiyini açıqlayıb. Reuters adı çəkilməyən bir türk nümayəndəsinin də bu xəbəri təsdiqlədiyini yazıb.

Almaniya Nazirlər Şurası 7 iyunda alman hərbçilərinin Türkiyədəki İncirlik bazasından geri çəkilməsi istiqamətində qərar qəbul etmiş, Almaniya parlamenti isə bu qərarı təsdiqləmişdi. Almaniyanın İncirlik bazasında 200-dən artıq hərbçisi var. Bu hərbçilər “Tornado” qırıcılarının Suriyada nəzarət işlərinə və İŞİD qruplaşmasına qarşı koalisiya təyyarələrinin yanacaqla təmin olunmasına cavabdehdir. İncirlik bazasından geri çəkilən alman hərbçiləri İordaniyadakı bir hava bazasına istiqamətləndiriləcək.

Bazada yerləşən 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi və bir ədəd yanacaqla təmin edən tanker də İordaniyadakı bazaya köçürüləcək. (BBC)