XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 17:32

“Rusiya hesab verməlidir” –Senator Makkeyn Kremlin cəzalandırılmasını tələb edir

"Rusiya ABŞ-dakı prezident seçkisinə müdaxilə etməyə cəhd edib".

Bunu ABŞ mətbuatına müsahibəsinə amerikalı senator Con Makkeyn söyləyib.

Rusların seçkimizə müdaxiləsi alınmadı. Onlar hələ də bu müdaxiləyə cəhd etməklə bağlı heç bir cəza almayıblar”, – deyə, o, bildirib.

Makkeyn Rusiyanın təkcə ABŞ-dakı seçkiyə müdaxilə ilə kifayətlənmədiyini söyləyib:

“Onlar Fransadakı seçkiyə müdaxilə etmək istədilər. Kreml həmçinin Monteneqrodakı hökuməti də devirməyə çalışdı. Mən cəzalandırılmanın tərəfdarıyam. Hələlik biz heç bir cəza verməmişik. Onlar hesab verməlidir, əks təqdirdə bu fəaliyyətləri davam edəcək. 70 ildir yeni dünya nizami mövcuddur. İndi o, təkcə Avropada yox, bütün dünyada ciddi sınaqlara məruz qalır”.

Axar.az