"Ukraynanın cənub-şərqi Rusiyaya verilməlidir".
Bunu “Rossiya” telekanalındakı verlişlərdən birində çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Ukrayna böhranının bir həlli var: Ukraynanın şimal-qərbini NATO, Avropa Birliyi, kim istəyirsə, götürsün. Cənub və cənub-şərqi bizimdir. Bura Donbasdan Tiraspola (qondarma Dnestryanının paytaxtı – red.) qədərdir”, – deyə, o, bildirib/Axar.az.