XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 00:06

Lavrov Mogerini ilə görüşdü:"ABŞ və Aİ Suriyaya qarşı sanksiyaların nəticələrinə yenidən baxmalıdır"

ABŞ və Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdikləri sanksiyaların nəticələrinə yenidən baxılması vaxtı gəlib.

Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

Serqey Lavrov Aİ diplomatiyasının rəhbəri Federika Mogerini ilə danışıq zamanı bildirib:

"Biz Avropa İttifaqının Suriya xalqının əzablarının yüngülləşdirilməsinə böyük töhfə verdiyini bilirik. ABŞ və Avropa İttifaqının Suriyaya Ərəb Respublikasına qarşı tətbiq etdikləri sanksiyaların humanitar nəticələrinə yenidən baxılma vaxtı gəlib".

Qeyd edək ki, Avropa ittifaqı Suriyaya qarşı sanksiyaların müddətini 2018-ci il iyunun 1-dək uzadıb.

Trend