XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 İyul 2017 - 10:00

3 ölkə Şimali Koreyaya qarşı təzyiqləri gücləndirmək barədərazılığa gəldi

Yaponiya, ABŞ və Cənubi Koreyanın yüksək səviyyəli nümayəndələri Şimali Koreyaya qarşı təzyiqləri gücləndimək üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

NHK telekanalının yaydığı xəbərə görə, Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kenzi Kanaşuqi, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun və Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Hon Qyun iyulun 11-də Sinqapurda bir araya gəliblər.

Bu nümayəndələrin hər biri Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda təmsil etdikləri ölkələrin nümayəndə heyətlərinə başçılıq edirlər. Həmin danışıqlar artıq bir müddətdir ki, dalana dirənib.

Görüş iştirakçıları bu yaxınlarda qitələrarası ballistik raketin sınağını uğurla keçirdiyini bəyan edən Şimali Koreyaya qarşı təzyiqi artırmaq məqsədilə əməkdaşlığı genişləndirməyin vacib olduğunu təsdiq ediblər.

Bundan əlavə, Yaponiya nümayəndə heyəti tərəfdaşlarının Şimali Koreya tərəfindən oğurlanmış yaponlar məsələsinin həlli ilə bağlı anlayış nümayiş etdirəcəklərinə inandığını da bildirib(azərtac).