Yaponiya, ABŞ və Hindistan Hind okeanında birgə hərbi-dəniz təlimlərinə başlayıblar. NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə bu üç ölkəyə məxsus 18 esmines, aviadaşıyıcı gəmi və sualtı qayıqlar iştirak edir.
İyulun 10-da Yaponiya, ABŞ və Hindistanın hərbi-dəniz komandanlığının nümayəndələri Hindistanın Çennay şəhərində təlimlərlə bağlı birgə mətbuat konfransı keçiriblər.
Hindistan hərbi-dəniz qüvvələrinin vitse-admiralı Hariş Bişt deyib ki, təlimlər üç ölkə arasında mövcud olan strateji ittifaqın möhkəmliyini nümayiş etdirəcək.
Yaponiya özünümüdafiə qüvvələrinin vitse-admiralı Hiroşi Yamamura isə qeyd edib ki, Hind okeanında sabit və açıq dəniz nəqliyyatının fəaliyəti hər üç ölkə üçün mühüm əhəmiyyətə malikdir(azərtac).