XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 11:28

Türkiyədə əməliyyat- 5 terrorçu öldürülüb, 4 polis yaralanıb

Türkiyənin mərkəzi əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, əməliyyat Konyada keçirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Məlumata görə, şəhərin Meram rayonunda terrorçuların olduğu evə polisin əməliyyat hücumu zamanı atışma baş verib. Terrorçular məhv edildikdən sonra mənzildən 5 Kalaşnikov avtomatı, çox sayda silah-sursat aşkar edilib.

Hazırda meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.