XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

12 İyul 2017 - 12:19

4 ölkə Qətərə qarşı sanksiyalarıqüvvədə saxladı

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Misir Qətərə qarşı sanksiyaları qüvvədə saxlayıb.

Bir müddət əvvəl Qətərə ultimatum göndərən bu ölkələr rəsmi Dohanın terrorizmə qarşı necə mübarizə aparacağını izləyəcək.

Dördlük bəyanat yayaraq ABŞ-la Qətər arasında razılaşmanın qənaətbəxş olmadığını bildirib. Həmçinin əlavə edib ki, Vaşinqton Qətər rəsmilərinin vədlərinə inanmamalıdır.

Xatırladaq ki, bugünlərdə Dohada Qətər xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl Tani ilə ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. Görüşdə tərəflər terrorizmə qarşı birgə mübarizəyə dair saziş imzalayıblar.

Əl Tani Qətərin belə bir razılaşmaya imza atan ilk ölkə olduğunu bildirib və opponentlərini bu razılaşmaya qoşulmağa çağırıb(azadliq.info).