XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 07:38

İran qərar verdi – Qırıcılar Suriyaya göndərilir

İngiltərə Qərb koalisiyasına daxil olduqdan sonra rəsmi Tehran Suriyaya döyüş təyyarələri göndərəcəyini açıqlayıb.

CNN xəbər verir ki, İran yaxın günlərdə iki hərbi təyyarəsini Dəməşqə göndərməyi planlaşdırır. Sözügedən təyyarələr İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcək.

Xəbərə görə, İran Hərbi Hava Qüvvələri Dəməşq rəhbərliyi ilə görüşərək Xüms yaxınlığındakı Tias hava limanından istifadə üçün icazə alıb.

Qeyd edək ki, bu vaxta kimi Tehran rəhbərliyi Əsəd rejiminə quru əməliyyatlarda yardım edirdi (Axar.az).