XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 13:11

İranda təyyarə təcilieniş etdi

İranda İsfahandan Tehrana uçuş həyata keçirməli olan təyyarə texniki problemlərlə əlaqədar təcili eniş etməli olub.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra ön təkərində problemin olduğu üzə çıxıb. Nəticədə təyyarə elə İsfahan hava limanında geri eniş edib.

Hadisə zamanı təyyarədə 157 sərnişin olub. Sərnişinlərdən xəsarət alan olmayıb.

Sərnişinlər digər təyyarə ilə Tehrana yola salınıb.