XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2017 - 13:19

Tillerson bu gün 4 ərəb dövlətininXİN rəhbərləri ilə görüşəcək

ABŞ dövlət katibi Reks Tillerson bu gün Ciddədə 4 ərəb dövlətinin – Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Misirin xarici işlər nazirləri ilə görüşəcək. 

Qətər böhranı ilə bağlı təşkil olunan görüşdə Vaşinqtonla Doha arasında terrorizmə qarşı birgə mübarizəyə dair imzalanmış saziş müzakirə olunacaq.

Ərəb dövlətləri ABŞ-la Qətər arasındakı bu razılaşmanı qənaətbəxş saymır və hesab edirlər ki, Vaşinqton Qətər rəsmilərinin vədlərinə inanmamalıdır.

Qətər isə belə bir razılaşmaya imza atan ilk ölkə olduğunu bəyan edərək opponentlərini də sazişə qoşulmağa çağırır.

Sazişin əsas məqsədi terrorçu qrupların maliyyələşdirilməsinin dayandırılması istiqamətində səyləri gücləndirməkdir(azadliq.info).