XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 14:57

Almaniya Yunanıstandakı maliyyə böhranından1,34 milyard avro qazanıb

Almaniya Yunanıstana kredit verməklə və yunan istiqrazlarını almaqla 1,34 milyard avro gəlir əldə edib. Bu barədə “Suddeutsche Zeitung” qəzeti Bundestaqdakı “yaşıllar” fraksiyasının sualına AFR Maliyyə Nazirliyinin verdiyi cavaba əsaslanaraq məlumat yayıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya, əsasən KFW dövlət bankı xətti ilə Afinaya verilən kredit üzrə faiz ödəmələrindən 393 milyon avro əldə edib. Avropa Mərkəzi Bankının yunan istiqrazlarının alınması üzrə proqramı çərçivəsində AFR-in qazancı isə 952 milyon avro olub.

“Yaşıllar” bunu əxlaqdan kənar hərəkət adlandırıb və hökuməti bu vəsaiti Yunanıstana qaytarmağa çağırıb.