XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 15:28

ABŞ kəşfiyyatı:"Əlimizdə tutarlı sübutlar var"

"Bəşər Əsəd rejiminin Suriyanın Xan-Şeyxun rayonunda kimyəvi silahdan istifadə etdiyinə dair əlimizdə tutarlı sübutlar var".

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri  Mark Pompeo bildirib.

Onun sözlərinə görə, sübutlar prezident Donald Trampın göstərişi ilə bu istiqamətdə aparılmış araşdırma zamanı toplanıb.

"Prezidentə məlumat verdim ki, Suriya rejimi kimyəvi silahdan istifadə edib. ABŞ kəşfiyyatında konkret sübutlar var və prezident buna tam əsaslana bilər", – deyə idarə rəhbəri əlavə edib.

İdlibdə yerləşən Xan-Şeyxun yaşayış məntəqəsində kimyəvi silahdan bu ilin 4 aprelində istifadə olunub. Nəticədə 80-dən artıq insan həyatını itirib. Buna cavab olaraq ABŞ Suriyadakı Şayrat hərbi bazasına raket zərbələri endirib(azadliq.info).