XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 19:17

OPEC-in baş katibi ABŞ-da şist nefti istehsalçıları ilədanışıqlar aparacaq

OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, 2017-ci il ərzində ABŞ-da şist nefti hasil edən şirkətlərlə növbəti danışıqlar aparacaq.

Azərtac “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, M.Barkindo jurnalistlərin “ABŞ-da şist nefti hasilatçıları ilə görüşməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib: “Bir il ərzində mütləq görüşəcəyik”. M.Barkindo onu da qeyd edib ki, bu ilin martında Hyustunda baş tutan əvvəlki görüş çox səmərəli keçib.

OPEC ölkələri neftin qiymətlərini sabitləşdirmək üçün ötən il noyabrın 30-da Vyanada gündəlik hasilatı 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər. Qeyri-OPEC ölkələri isə həmin ilin dekabrında gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılaşıblar. 2017-ci il mayın 25-də OPEC Ölkələri Nazirlər Şurasının 172-ci iclasında OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılması barədə razılaşma əldə ediblər.