XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 20:11

Avrozonada vahid maliyyə naziri və vahid büdcəninyaradılması gözlənilir

Qanuni çərçivənin hazır olması durumunda Avrozonada vahid maliyyə naziri və vahid büdcə yaradılması təklifi müzakirə edilə bilər.

"Report" BBC agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Almaniya kansleri Angela Merkel tərəfindən Berlində iş adamları ilə görüşü zamanı verilib. 
A.Merkel bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makronun Avrozona islahatları təklifinə müsbət yanaşdığını göstərib. 

Qeyd edək ki, ötən ay Almaniya maliyyə naziri Volfqanq Şoble (Wolfgang Schaeuble) buna bənzər açıqlama verib.

Almaniyada sentyabrın 24-də keçiriləcək seçkilərə hazırlaşan Angela Merkel Avrozonada işsizliyin azaldılması üçün "daha effektiv iqtisadi vasitələrdən istifadə" etməyə razı olduğunu bildirib.

Fransa prezidenti də Avrozonanın hazırki vəziyyətdə davam etməsinin mümkün olmayacağını, bölgənin vahid büdcə, vahid parlament və vahid maliyyə nazirinə ehtiyacı olduğunu qeyd edib.