Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyi BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə müraciət ünvanlayıb.
"Report"un verdiyi xəbərə görə, bu barədə BƏƏ-nin WAM İnformasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, sənəddə bir sıra ərəb dövlətinin "Əl-Cəzirə" telekanalının qapadılmasına dair tələbi dəstəklənir.
"Söz azadlığı ekstremizmin müdafiəsi və haqlı çıxarılması üçün istifadə edilə bilməz", – müraciətdə deyilir.