XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 21:08

Türkiyədə 25-i xarici vətəndaş olmaqla233 İŞİD-çi saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Konyada İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.