XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 22:15

Tokio sakinləri yeni antiterror qanuna etiraz etmək üçünpaytaxt küçələrinə çıxıb

Yüzlərlə Tokio sakini iyulun 11-dən qüvvəyə minən yeni antiterror qanuna etiraz etmək üçün paytaxt küçələrinə çıxıb. Həmin qanuna görə, terror və digər ciddi cinayətlərə hazırlaşmaq məqsədilə bir araya gələn şəxslər bundan sonra cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Vətəndaş qruplarının bildirdiyinə görə, həmin gün təqribən 800 nəfər parlamentin binası qarşısına toplaşaraq etiraz nümayişi keçirib. Onlar bəyan ediblər ki, yenin qanun sıravi vətəndaşların kütləvi şəkildə izlənməsi üçün şərait yaradacaq.

Vəkil Yuiçi Kaydo bildirib ki, bu qanun hökumətin siyasətinə qarşı çıxış edənləri susdurmaq məqsədilə qəbul edilib. O, həmin qanunun ləğv edilməsinə çağırıb.

Bəzi mitinq iştirakçıları isə qanunun qəbulu zamanı mövcud prosedurların pozulmasına etiraz etdiklərini bildiriblər. Eyni zamanda, ictimaiyyətə qanunun mahiyyəti barədə ətraflı məlumat verilmədiyi də bildirilir.

Bundan əlavə, yeni qanunun söz azadlığını məhdudlaşdırdığı da vurğulanır(azərtac).