XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 10:11

Türkiyədə kazarmada yanğın baş verib:10 hərbçi xəstəxanaya aparıldı FOTO

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.

Trend-in məlumatına görə, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.

Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib. Yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.