XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2015 - 12:25

Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib

 

SAKASVILI.jpg

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkənin sabiq başçısı Mixail Saakaşvilininin Gürcüstan vətəndaşlığından məhrum edilməsilə bağlı sərəncam imzalayıb. 

report.az-a istinadən strateq-az xəbər verir ki,  bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayıb.

Gürcüstan KİV-nin məlumatına görə, Mühafizəkar Partiya sədri Şota Malaşxiya Marqvelaşvili bunu biabırçı addım adlandrıb. Onun sözlərinə görə, vaxtilə ölkənin prezident olmuş bir adamı vətəndaşlıqdan uzaqlaşdırmaq ölkənin nüfuzu üçün də müsbət heç nə vəd eləmir:

“Saakaşvili müasir Gürcüstan dövlətinin  islahatçı banisidir. Onun vətəndaşlıqdan məhrum edilməməsi üçün bu gün 12 deputata müraciət edəcəm ” – deyə Şota Malaşxiya bildirib.