XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2017 - 21:53

Mosulda yenidən atışmalar şiddətləndi –İraq ordusundan yaralanan var

İraqın Mosul şəhərinin qərbində silahlı atışmalar yenidən şiddətlənib.

Bu barədə Sputnik məlumat yayıb.

Şəhərin Şahvan və Maydan bölgələrində hərbi əməliyyatlar aktivləşib. Ordudan bir neçə əsgərin yaralandığı bildirilib.

Hərbçilərə dəstək vermək üçün milis qüvvələrinin əraziyə cəlb edildiyi vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Mosulun işğaldan tam azad edildiyi elan edilmişdi.