XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 10:14

Perunun sabiq prezidenti və xanımıhəbs olunub

Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə olunublar.

Trend-in məlumatına görə, məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının konkret olaraq cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.

Sabiq Peru prezidentinə qarşı sürülən ittihamlara gəlincə, o, hakimiyyətdə olarkən 2006 və 2011-ci illərdə Peru Milli Partiyasının seçkiqabağı kampaniya zamanı maliyyələşmə üçün "Odebrecht" tikinti şirkətindən, "OAS" firmasından, eləcə də Venesuela hakimiyyətindən pul almaqda ittiham olunur.