Türkiyənin Bingöl vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı terrorçulara məxsus 14 sığınacaqda 5,1 ton qida və tibbi ləvazimat aşkar olunub.
Bölgədə təşkil olunan digər əməliyyat zamanı isə 6 ədəd partlayıcı qurğu, 505 partlayıcı maddə, 1 ədəd tapança, 1 ədəd əl bombası, 19 ədəd qumbara, 287 ədəd güllə və digər sursat ələ keçirilib.
Ələ keçirilən ləvazimatlar və partlayıcı maddələr məhv edilib. axar.az