XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2017 - 13:53

Parisdə paradda ABŞ hərbçiləri də iştirak edir- 15 ildən sonra

Amerikalı hərbçilər son 15 il ərzində ilk dəfə Parisdə Bastiliya günü ilə əlaqədar keçirilən ənənəvi hərbi paradda iştirak edirlər.

Trend-in məlumatına görə, ABŞ paradda Birinci dünya müharibəsinə qoşulmasının 100 illiyi münasibətilə iştirak edir.

Hərbi paradı Fransa prezidenti Emmanuel Makronla yanaşı bu ölkədə səfərdə olan Donald Tramp da izləyəcək.

Ümumilikdə paradda 3700 hərbçi və 100 təyyarə və helikopter iştirak edəcək.

Qeyd edək ki, sonuncu dəfə ABŞ qoşunları 2002-ci ildə Parisdə hərbi paradda iştirak etmişdi.