Böyük Britaniya ilk dəfə olaraq “Brexit”lə əlaqədar Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərinin olduğunu etiraf edib.
Azərtac “The Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Londonun bu addımı gələn həftə Brüsseldə “Brexit”lə bağlı başlayacaq danışıqlarda genişmiqyaslı münaqişənin qarşısını ala bilər.
Britaniya hökuməti iyulun 13-də parlamentə yönəldilən “maliyyə tənzimləməsi” məsələsinə dair yazılı bəyanatda etiraf edir ki, “Böyük Britaniyanın Avropa İttifaqı, Avropa İttifaqının isə Böyük Britaniya qarşısında öhdəlikləri var və bu məsələləri mütləq həll etmək lazımdır”.
“Bu bəyanatda Böyük Britaniya əvvəlkindən fərqli olaraq çox irəli gedib, – deyə qəzetə müsahibəsində “Brexit”ə hazırlıq prosesində iştirak edən avropalı diplomatlardan biri bildirib. Bu addım gələn həftə “elektroşoker zərbəsinin” qarşısını alacaq”.
Bildirilir ki, Brüssel bir qədər əvvəl Böyük Britaniyanın bloku tərk etdiyi üçün “boşanma cəriməsini” 100 milyard avro dəyərində qiymətləndirmişdi.