XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 İyul 2017 - 19:46

Yapon şirkəti mini raketinburaxılışına hazırlaşır

Yaponiyanın “Interstellar Technologies” şirkəti bu ayın sonlarında kosmosa mini raketin buraxılışına hazırlaşır. Layihənin uğurlu alınacağı təqdirdə, bu, bütünlüklə özəl şirkət tərəfindən hazırlanan ilk raket buraxılışı olacaq. Bu günlərdə şirkət yeni raketin bəzi hissələrini kütləvi informasiya vasitələrinə nümayiş etdirib.

“Interstellar Technologies” şirkəti Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının Tayki şəhərində yerləşir. Burada cəmi 14 əməkdaş çalışır.

Hazırda şirkət uzunluğu 10 metr, diametri 50 santimetr olan mini raketin yığılması ilə məşğuldur. Mini raketin iyulun 29-da kosmosa buraxılması planlaşdırılır(azərtac).