Misirin Qırmızı dəniz sahillərində yerləşən Hurqada kurort şəhərindəki çimərliklərin birində bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində iki xarici turist həlak olub.
Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, həlak olanların hər ikisi Ukrayna vətəndaşıdır. İnsident zamanı xəsarət alan 4 turist isə xəstəxanaya yerləşdirilib.
Misirin təhlükəsizlik xidmətinin məlumatına əsasən, hücum edən şəxs saxlanılıb. Onun psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir. İlkin təhqiqat nəticəsində həmin şəxsin yaxınlıqdakı ictimai çimərliklərin birindən üzərək otelin ərazisinə keçdiyi məlum olub.