XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2015 - 21:34

Fransalı girov jurnalist: “Hava hücumları İŞİD-ə yarayır”

10 ay İŞİD-in əlində girov olan fransalı jurnalist Nikolas Henin maraqlı fikirlər irəli sürüb.

Strateq.az-ın bildirdiyinə görə, jurnalist hava hücumlarının İŞİD-ə sərf etdiyini düşünür. Onun fikrincə, keçirilən hərbi əməliyyatlar Suriya xalqını qorxudaraq daha sıx İŞİD ətrafında birləşməsinə yol açır.

Girovluqdan yeni azad olunan Henin Parisdə törədilən terror aktının da məhz bu məqsədə xidmət etdiyinə inanır. Jurnalist 'Guardian' qəzeti üçün yazdığı məqaləsində “xilafət” rəhbərlərinin sözügedən terror hadisəsindən qabaq əks-reaksiya ilə qarşılaşacaqlarını bildiklərini və bunu arzuladıqlarını yazıb.

Henin İŞİD-ə qarşı bundan sonra da keçiriləcək beynəlxalq hərbi əməliyyatları ən müasir silahlarla təchiz olunmuş orduların deyil, xalqı öz tərəflərinə çəkənlərin qazanacağı fikrindədir.