XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 09:19

ABŞ müdafiə naziri:“NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz”

“Rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil,  Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur”.

 TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Bu müstəqil bir qərardır. Lakin problem  "S-400" sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. Bunu təmin etmək sadəcə mümkün deyil”, – deyə C.Mettis qeyd edib.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər verib ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket komplekslərini əldə etməyi qərara alıb.