XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2017 - 09:46

ABŞ Konqresi gələn il üçün hərbi büdcə layihəsini qəbul edib –700 milyard dollar

ABŞ Konqresinin Nümayəndələr palatası 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsini qəbul edib.

Bu məbləğ Ağ evin istədiyindən çoxdur. Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.

Reuters agentliyinin yaydığı məlumata görə, Ağ ev ölkənin hərbi ehtiyaclarına 603 milyard dollar, həmçinin xaricdə hərbi əməliyyatlar aparılmasına 65 milyard dollar istəmişdi. Yekunda konqresmenlər maliyyələşməni 696,5 milyard dollar həcmində təsdiqləyiblər. 2017-ci ilin hərbi büdcəsi 619 milyard dollar təşkil edirdi.

Sənədin lehinə palatanın 344, əleyhinə isə 81 üzvü səs verib. Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını nəzərdə tutur. Bundan başqa, hərbi qulluqçuların maaşı 2,4 faiz artırılacaq.