Netanyahu: “Saziş İsrailin varlığına təhdiddir”
ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı üzrə sazişin şərtlərindən birinin İranın yəhudi dövlətini tanımalı olduğu barədə İsrailin tələbini yanlış adlandırıb.
Strateq.az xarici mətbuata əsasən bildirir ki, Obama deyib: “Sazişin imzalanması üçün İrandan İsraili bir dövlət kimi tanımalı olduğu barədə tələb İranda rejimin xarakteri tamamilə dəyişməyincə saziş bağlamayacağımızı bildirməyə bərabərdir”.
O əlavə edib ki, bu ideya “kökündən yanlışdır”.
İdeyanı əvvəllər İsrailin baş Naziri Benyamin Netanyahu irəli sürüb. Onun fikrincə, “alt
ılığın” İranın nüvə proqramı üzrə bağladığı saziş “İsrailin varlığına təhdiddir”.
Amerika senatında da bu saziş birmənalı qiymətləndirilməyib.