Tehranda bu gün baş vermiş hadisə nəticəsində 15 nəfər yaralanıb.
Strateq.az İRİB-ə istinadən bildirir ki, metro stansiyasında əlində bıçaq olan naməlum şəxs ruhaniyə hucum edib. Hadisə Rey şəhərindəki metro stansiyasında baş verib. Yaxında olanlar molla hucum edən naməlum şəxsi tutmağa çalışıblar. Həmin şəxs bıçaqla insanlara hucum edib. Polis atəş açmağa məcbur olub. Nəticədə 15 nəfər bıçaq və güllə yarası alıb.