XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 07:33

“Türk hərbçilərini vurmaq üçün Baş nazirə müraciət edilib” – İraq rəsmisi

“Türk əsgərlərin Mosul yaxınlığındakı hərbi bazaya yerləşdirilməsi barədə yayılan xəbərlər doğrudur”.

axar.az-a istinadən strateq.az xəbər verir ki, bu barədə İraq Parlamentinin Təhlükəsizlik Komissiyasının rəhbəri Hakim Zamil deyib.

O, Türkiyənin bu addımının ölkənin suverenliyinə təhdid törətdiyini bildirib: “Türk əsgərlərin Mosul yaxınlığındakı hərbi bazaya yerləşdirilməsi barədə yayılan xəbərlər doğrudur. Türk əsgərləri işğalçıdır. Onlar İraqın suverenliyinə təhlükə törədirlər. İraq Hərbi Hava Qüvvələri türk hərbçilərini vurmaq üçün Baş nazir Heydər Abadiyə müraciət edib. Onlar hərəkətə keçmək üçün əmr gözləyirlər”.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Mosulda peşmərgəyə hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. Bundan əlavə bölgəyə 25 tank da göndərilib.