XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2017 - 17:16

Riyaziyyat üzrə ən məşhur mükafatı almış Məryəm Mirzəxani 40 yaşında vəfat edib – Filds mükafatını alan ilk qadın alimdir

[

 

Tanınmış iranlı riyaziyyatçı alim, riyaziyyat sahəsində Filds mükafatını almış ilk qadın alim Məryəm Mirzəxani 40 yaşında ABŞ-da vəfat edib.

Strateq.az bildirir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb. Mirzəxaninin 40 yaşı vardı. Dörd il əvvəl onda döş xərçəngi aşkar olunmuşdu.  ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə 2014-cü ildə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib.

Məryəm Mirzəxaninin riyaziyyat sahəsində uğurları hələ çox gənc yaşlarında başlayıb. O, 1994 və 1995-ci illərdə çox yüksək balla Beynəlxalq Riyaziyyat Olimpiadalarının qalibi olub. Filds mükafatından öncə o, 2013-cü ildə Amerika Riyaziyyat Assosiasiyasının mükafatını alıb.O, riyaziyatçılar arasında ən mürəkkəb məsələlərin həllinə qadir istedadlı bir alim hesab edilirdi.

Məryəm Mirzəxani 1977-ci ildə Tehranda anadan olub və İran paytaxtında Şərif texnologiya universitetini bitirib.  Harvard universitetini bitirən Mirzəxani Kaliforniya ştatında Stanford universitetinin professor idi.