Rusiya paytaxtında Türkiyəyə qarşı daha bir demarş olub. Bu dəfə türk bayraqları yandırılıb.
Hadisə futbol üzrə Rusiya çempionatının XVIII turu çərçivəsində keçirilən “Spartak” (Moskva) -“Krılya Sovetov” oyunu zamanı baş verib.
Moskva klubunun azarkeşləri türk bayraqlarına elə tribunalarda od vurublar. Bu barədə “Ultra Sever” adlı fan-klub özünün “Twitter” səhifəsində məlumat yayıb.
Məlumatda o da bildirilir ki, rusiyalı fanatlar türk bayraqlarını oyunun 60-cı dəqiqəsində – “Spartak”ın və Ermənistan yığmasının erməni hücumçusu Yuri Movsisyan meydana çıxanda yandırmağa başlayıblar.
Xatırladaq ki, türk F-16-ları Türkiyənin hava məkanını pozmuş Rusiya Su-24 bombardmançısını vurandan sonra iki ölkə arasındaakı münasibətlər xeyli gərginləşib. Rusiya ilə Türkiyə arasında hazırda faktiki olaraq psixoloji, siyasi-diplomatik və iqtisadi müharibə gedir. virtual.az