XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2017 - 10:07

Ankarada Şəhidlərabidəsi ucaldılıb

Türkiyədə 2016-cı il 15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar tədbirlər davam edir.

Bir il əvvəl dövlətçiliyinin xilası naminə canlarından keçən qəhrəman insanların adını əbədiləşdirmək məqsədilə Ankaranın Beştəpə bölgəsində ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan abidənin açılışında iştirak edib.

Xatırladaq ki, dünəndən etibarən Türkiyədə yüz minlərlə sakininin qatıldığı izdihamı mitinq və yürüşlər başlayıb. Ölkənin hər yerində 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər keçirilir.

“Demokratiya növbəsi” adlanan mitinq və yürüşlər bu gün saat 24:00-dək davam edəcək(azərtac).